Bəşər Əsədə məxsus hərbi qüvvələrin hava zərbələri nəticəsində 7 dinc sakin həlak olub

Bəşər Əsədə məxsus hərbi qüvvələrin hava zərbələri nəticəsində 7 dinc sakin həlak olub Ölənlərdən 2-i qadın, 2-i isə uşaqdır
Digər ölkələr
21 Fevral , 2017 07:15
Bəşər Əsədə məxsus hərbi qüvvələrin hava zərbələri nəticəsində 7 dinc sakin həlak olub

Bakı. 21 fevral. REPORT.AZ/ Suriyada Bəşər Əsədə məxsus hərbi qüvvələrin hava zərbələri nəticəsində paytaxt Dəməşqin 7 dinc sakini həlak olub.

"Report"un məlumatına görə, bu barədə "Anadolu" agentliyi xəbər yayıb.

Məlumatda bildirilir ki, paytaxtın Berze yaşayış məntəqəsi havadan bombardman edilib. Belə ki, Suriya ordusuna aid hərbi təyyarə müxaliflərin nəzarəti altında olan ərazini hədəfə alıb.

Hücum nəticəsində ölən dinc sakinlərdən 2-i qadın, 2-i isə uşaqdır. Hava zərbələri nəticəsində habelə çoxlu sayda sakin də yaralanıb.

Bombardmanlardan yaşayış binaları da ziyan çəkib.

Son xəbərlər

Orphus sistemi