Berlində etirazlar zamanı 60-dan çox polis xəsarət alıb

Berlində etirazlar zamanı 60-dan çox polis xəsarət alıb Faktla bağlı araşdırmalara başlanılıb.
Digər ölkələr
3 Avqust , 2021 14:23
Berlində etirazlar zamanı 60-dan çox polis xəsarət alıb
0 : 00
0 : 00

Berlində COVID-19 məhdudiyyətləri əleyhinə nümayişlər zamanı 60-dan çox polis əməkdaşı xəsarət alıb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Berlin polisinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, nümayiş iştirakçıları onlar üçün ayrılmış ərazidən kənara çıxmağa çalışıb, onların qarşısını almaq istəyən polis əməkdaşlarına fiziki müqavimət göstərib, hüquq-mühafizə orqanları əməkdaşlarına və yoldan keçən digər şəxslərə hücum ediblər.

Faktla bağlı araşdırmalara başlanılıb.

Son xəbərlər

Orphus sistemi