Belçikada avtomobil qatarla toqquşdu, ölənlər var

Belçikada avtomobil qatarla toqquşdu, ölənlər var Belçikanın Erinn yaşayış məntəqəsində dəmir yol keçidində sərnişin qatarının və avtomobillə toqquşması nəticəsində 3 nəfər həlak olub.
Digər ölkələr
19 Yanvar , 2021 05:05
Belçikada avtomobil qatarla toqquşdu, ölənlər var

Belçikanın Erinn yaşayış məntəqəsində dəmir yol keçidində sərnişin qatarının avtomobillə toqquşması nəticəsində 3 nəfər həlak olub.

“Report” xəbər verir ki, bu barədə yerli RTBF telekanalı bildirib.

Hadisə bazar ertəsi gecəyarı baş verib. Yerli hakimiyyətin məlumatına görə, avtomobilin sürücüsü işıqforun qadağanedici siqnalına əhəmiyyət verməyərək şlaqbaumu keçib. Hadisə zamanı həlak olanların üçün də gənclərdir. Onlar avtomobilin sərnişinləridir.

Avtomobillə toqquşmuş qatar Brüssel-Turne marşrutu üzrə hərəkət edirmiş.

Hadisə ilə bağlı yaranmış qısa yubanmadan sonra qatarların hərəkəti bərpa olunub.

Son xəbərlər

Orphus sistemi