Belçika Ukraynaya təcili humanitar yardım göndərəcək

Belçika Ukraynaya təcili humanitar yardım göndərəcək Belçika hökuməti Kaxovka Su Elektrik Stansiyasının dağıdılmasının fəsadlarını aradan qaldırmaq üçün Ukraynaya ümumi dəyəri 3,45 milyon avro olan təcili humanitar yardım göndərəcək.
Digər ölkələr
10 İyun , 2023 05:18
Belçika Ukraynaya təcili humanitar yardım göndərəcək

Belçika hökuməti Kaxovka Su Elektrik Stansiyasının dağıdılmasının fəsadlarını aradan qaldırmaq üçün Ukraynaya ümumi dəyəri 3,45 milyon avro olan təcili humanitar yardım göndərəcək.

"Report" xəbər verir ki, bu barədə Krallığın Xarici İşlər Nazirliyinin məlumatında deyilir.

"Belçika zərər çəkmiş ərazilərin əhalisinə yardım etmək üçün təcili humanitar yardım göstərəcək", - nazirlik bildirib.

Xüsusən 3,50 000 avro dəyərində zəruri əşyalar: çadırlar, döşəklər, yataq çantaları, bidonlar və gigiyena dəstləri göndəriləcək. 1,6 milyon avro dərman vasitələrinin və əsas tibbi avadanlıqların alınmasına, daha 1,5 milyon avro elektrik generatorlarının təchizatına ayrılacaq.

Bütün bu vəsaitlər müxtəlif kanallar vasitəsilə, o cümlədən Aİ və NATO-nun köməyi ilə göndəriləcək.

Son xəbərlər

Orphus sistemi