Belçika hökuməti Puçdemona mətbuat konfransı keçirmək üçün məkan ayırmaqdan imtina edib

Belçika hökuməti Puçdemona mətbuat konfransı keçirmək üçün məkan ayırmaqdan imtina edib Kataloniyanın keçmiş liderinin çıxışı hazırda davam edir
Digər ölkələr
31 Oktyabr , 2017 16:22
Belçika hökuməti Puçdemona mətbuat konfransı keçirmək üçün məkan ayırmaqdan imtina edib
РИА Новости / Джорди Бойшареу

Bakı. 31 oktyabr. REPORT.AZ/ Belçikanın baş nazirinin ofisi Karles Puçdemonun Brüsseldə mətbuat konfransı keçirmək üçün məkan ayırmaq təklifini rədd edib.

Bu barədə "Report" "La Vanguardia" qəzetinə istinadən xəbər verir.

İlkin plana görə, Kataloniya Muxtar Vilayətinin rəhbəri vəzifəsindən uzaqlaşdırılmış K.Puçdemon Belçika baş naziri Şarl Mişelin xidməti səlahiyyətində olan kompleksdə KİV nümayəndələri önünə çıxmağa ümid edib. Amma onun bu istəyinə rədd cavabı verilib. Ardından mətbuat konfransının "Brüssel Avropa Mətbuat Klubu" platformasının məkanında keçiriləcəyinə qərar verilib.

Qəzetin məlumatına görə, Kataloniyanın keçmiş liderinin çıxışı yerli vaxtla saat 12:30-da (Bakı vaxtı ilə saat 15:30-da) başlayıb.

Xatırladaq ki, dünən KİV K.Puçdemonun Brüsselə qaçdığını və Belçikadan sığınacaq istəyəcəyini yazıb.

Son xəbərlər

Orphus sistemi