Belarus Rusiya istehsalı olan ərzaq məhsullarının idxalına qadağa qoyub
Digər ölkələr
- 15 dekabr, 2014
- 13:01
Bakı. 15 dekabr. REPORT.AZ/ Belarus hakimiyyəti Rusiyada istehsal olunan bir sıra ərzaq məhsullarının ölkəyə idxalını qadağan edib.
"Report" "BBC"yə istinadən xəbər verir ki, bu siyahıya makaron növləri və üyüdülmüş "Mokka" qəhvəsi daxil edilib.
Belarusun baş sanitar həkimi İqor Qayevski bildirib ki, bu ərzaq məhsulları sanitar normalarına uyğun deyil.
Xatırladaq ki, bu il noyabrın sonu - dekabrın əvvəlindən Rusiya Belarusda istehsal olunan ət və süd məhsullarının ölkəyə idxalını dayandırıb. Rusiyanın müvafiq qurumu bu addımını həmin məhsuların sanitar-epidemiolji normalara cavab verməməsi ilə əsaslandırıb.
Son xəbərlər
11:05
İlham Əliyev Volodimir Zelenskini təbrik edib
Digər11:04
Sabah bütün sosial ödənişlər yekunlaşdırılacaq
Maliyyə11:01
Zelenski: ABŞ Rusiya-Ukrayna münaqişəsi ilə bağlı illüziyalardan qurtulub
Digər ölkələr10:55
FHN: Ötən həftə 6 nəfərin meyiti tapılıb
Hadisə10:47
Ağdaşda kişi arvadı və oğlunu bıçaqlamaqda şübhəli bilinir
Hadisə10:44
"S&P": TRIPP regionda əlaqələri gücləndirəcək, ticarət və investisiyaları dəstəkləyəcək
İnfrastruktur10:42
Avropa Komissiyası Ukraynaya silah alışı üçün 6,1 milyard avro ayırıb
Digər ölkələr10:41
"Neftçi" Azərbaycan çempionatlarında 300-cü ev qələbəsini qazanıb
Futbol10:38