Yuxarı
    Bağlamaq

    ​Belarusda prezident seçkisinin noyabrda keçirilməsi planlaşdırılıb

    Ölkənin indiki prezidenti Aleksandr Lukaşenkonun səlahiyyət müddəti 2016-cı il yanvarın 21-də başa çatır

    Bakı. 19 yanvar. REPORT.AZ/ Belarusda prezident seçkisinin 2015-ci il noyabrın 15-də keçirilməsi planlaşdırılır.

    "Report" "Belta"ya istinadən xəbər verir ki, bunu Belarus Mərkəzi Seçki Komissiyasının sədri Lidiya Yermoşina deyib.

    "Ölkə Konsititusiyasına görə, dövlət başçısının səlahiyyət müddətinin başa çatmasına iki ay qalmış prezident seçkisi keçirilməlidir", - o, vurğulayıb.

    Onun sözlərinə görə, dünya praktikasında səsvermə daha çox mart və noyabrda aylarında keçirilir.

    Xatırladaq ki, Belarusun indiki prezidenti Aleksandr Lukaşenkonun səlahiyyət müddəti 2016-cı il yanvarın 21-də başa çatır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi