Belarus Ali Məhkəməsi ölüm hökmünə məhkum edilən şəxsin cəzasını ləğv edib

Belarus Ali Məhkəməsi ölüm hökmünə məhkum edilən şəxsin cəzasını ləğv edib
Digər ölkələr
104
30 İyun , 2020 17:15
Belarus Ali Məhkəməsi ölüm hökmünə məhkum edilən şəxsin cəzasını ləğv edib

Belarus Ali Məhkəməsi Minsk vilayətinin Slusk rayonunda qətl törədən Viktor Skrundikin ölüm hökmünü ləğv edib.

“Report” xəbər verir ki, məlumatı “TUT.by” yayıb.

Bildirilib ki, Ali Məhkəmə işi yenidən baxılması üçün Minsk vilayət məhkəməsinə göndərib.

Qeyd edək ki, Minsk Vilayət Məhkəməsi Slusk rayonunda keçirdiyi səyyar məhkəmə iclasında “slusk bandası”nın üzvü Viktor Skrundik barədə ölüm hökmü çıxarmışdı. Bu cinayətkar qrup 79 və 94 yaşlı təqaüdçülərin qətlində, 85 yaşlı qadına qarşı sui-qəsddə təqsirli biliniblər. İttiham aktına əsasən, müttəhimlər cinayəti 2019-cu ilin yanvarında törədiblər.

Dəstənin daha iki üzvü Vitali Myatej 22 il, Valentin Buşnin isə 18 il azadlıqdan məhrum olunublar.

Minsk Vilayət Məhkəməsinin qərarından Belarusun Ali Məhkəməsinə şikayət edilmişdi.