​BƏƏ Suriyaya xüsusi təyinatlı dəstə göndərməyə razılıq verib

​BƏƏ Suriyaya xüsusi təyinatlı dəstə göndərməyə razılıq verib Eşton Karter razılıqla bağlı açıqlamanı Brüsseldə Əbu-Dabidən olan həmkarı ilə görüşdən sonra verib
Digər ölkələr
12 Fevral , 2016 20:17
​BƏƏ Suriyaya xüsusi təyinatlı dəstə göndərməyə razılıq verib

Bakı. 12 fevral. REPORT.AZ/ Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Suriyaya xüsusi təyinatlı hərbi qüvvələri Suriyaya göndərməyə razılıq verib.

"Report" "Associated Press"ə istinadən xəbər verir ki, bunu ABŞ-ın müdafiə naziri Eşton Karter bildirib.

Onun sözlərinə görə, xüsusi təyinatlılar Suriyada İŞİD-ə qarşı mübarizə aparmaq üçün yerli döyüşçülərə təlim keçəcək.

Eşton Karter razılıqla bağlı açıqlamanı Brüsseldə Əbu-Dabidən olan həmkarı ilə görüşdən sonra verib.

Bir müddət öncə Səudiyyə Ərəbistanı və BƏƏ İŞİD-ə qarşı mübarizə aparmaq üçün Suriyaya quru qoşunu göndərməyə hazır olduqlarını bildirib. 

Son xəbərlər

Orphus sistemi