Baydenlə Makron Ukraynaya raket zərbəsinə sərt reaksiya veriblər

Baydenlə Makron Ukraynaya raket zərbəsinə sərt reaksiya veriblər ABŞ Prezidenti Co Bayden və Fransa lideri Emmanuel Makron Rusiya Ukraynanın Kremençuk şəhərinin ticarət mərkəzinə raket hücumunu pisləyiblər.
Digər ölkələr
28 İyun , 2022 07:35
Baydenlə Makron Ukraynaya raket zərbəsinə sərt reaksiya veriblər

ABŞ Prezidenti Cozef Bayden və Fransa lideri Emmanuel Makron Rusiyanın Ukraynanın Kremençuk şəhərinin ticarət mərkəzinə raket hücumunu pisləyiblər.

Bu barədə “Report” dövlət başçılarının tviter hesabına əsasən xəbər verir.

Bayden bildirib ki, Rusiya hücuma görə məsuliyyət daşımalıdır. O, Ukraynaya dəstəyini ifadə edib. Dövlət başçısı qeyd edib ki, ABŞ müttəfiqləri və tərəfdaşları ilə birlikdə Rusiyanı bu cür “vəhşiliklərə görə məsuliyyətə cəlb olunmasına” və “Ukraynanın müdafiəsini dəstəkləməyə davam edəcək”.

"Rusiyanın ticarət mərkəzində mülki şəxslərə zərbə endirməsi qəddardır. Biz Ukrayna xalqı ilə həmrəyik", - Bayden sosial şəbəkə hesabında yazıb.

Bundan əlavə, Bayden qeyd edib ki, G7 Rusiyaya qarşı sanksiyaları uzadacaq, xüsusən bu, “Putinin hərbi sənaye kompleksi”nə aiddir.

Dövlət başçısı həmçinin əmin edib ki, G7 Rusiya mərkəzi bankının valyuta ehtiyatlarına “xəstə iqtisadiyyatı” dəstəkləməyə imkan verməyəcək və “Putini müharibə aparmaq üçün lazım olan resurslardan məhrum edəcək".

Öz növbəsində Fransa Prezidenti Emmanuel Makron tviter səhifəsində Kremençuka hücumu rüsvayrçılıq adlandırıb. "Rusiya tərəfindən Kremençuqdakı ticarət mərkəzinin bombalanması dəhşətdir. Biz həlak olanların ailələrinin ağrısını paylaşırıq. Və belə bir biabırçılığa qəzəbimizi bildiririk", - o yazıb.

Makron paylaşımında ​​“Rusiya xalqı həqiqəti görməlidir” qeyd edib və ticarət mərkəzinin bombalanmasının nəticələrini əks etdirən video yayımlayıb.

Son xəbərlər

Orphus sistemi