ABŞ Prezidenti Cozef Baydenin Britaniya kralı III Çarlzın tacqoyma mərasiminə uçmaqdan imtina etməsi mühafizəkar parlamentarilər tərəfindən krallığın kürəyinə vurulmuş bıçaq zərbəsi kimi qiymətləndiriləcək.
“Report” Britaniyanın “Express” qəzetinə istinadən xəbər verir ki, Bayden aprelin 11-də regionda uzun illər davam edən silahlı qarşıdurmaya son qoyan Belfast sazişinin ildönümü münasibətilə Şimali İrlandiyaya uçacaq.
Eyni zamanda, ABŞ lideri may ayında baş tutacaq tacqoyma mərasiminə gəlməkdən imtina edib.
Qəzet qeyd edib ki, Mühafizəkarlar Partiyası üzvləri Baydenin belə bir qərarını birmənalı qarşılamayıb və bunu Londonun arxasına bıçaq zərbəsi kimi qiymətləndiriblər. Deputatlar hesab edirlər ki, Amerika prezidenti bu əməli ilə Böyük Britaniya ilə münasibətlərə etinasızlıq göstərib.