Baydenin Avropadakı baş müşaviri istefa verib

Baydenin Avropadakı baş müşaviri istefa verib ABŞ Prezidenti Cozef Baydenin Avropa məsələləri üzrə baş müşaviri Amanda Slote istefa vermək qərarına gəlib.
Digər ölkələr
10 Noyabr , 2023 07:15
Baydenin Avropadakı baş müşaviri istefa verib

ABŞ Prezidenti Cozef Baydenin Avropa məsələləri üzrə baş müşaviri Amanda Slout istefa vermək qərarına gəlib.

"Report" xəbər verir ki, bu barədə "Politico" qəzeti məmurun özünə istinadən məlumat yayıb.

Slout prezidentliyə başlayandan bəri Cozef Baydenin komandasında işləyib, ABŞ-ın Avropadakı müttəfiqləri ilə əlaqələrin bərpasına və Rusiyaya qarşı “vahid cəbhə”nin qurulmasına cavabdeh olub.

"Möhtəşəm üç il oldu, amma vaxt gəldi. Yoruldum", - Slout deyib.

Slout Baydeni NATO-nun 5 sammiti və Avropa İttifaqının iki sammiti də daxil olmaqla, Avropaya səkkiz səfərində müşayiət edib.

Son xəbərlər

Orphus sistemi