Bayden Ukraynada barışıq üçün Normand formatı səylərini dəstəkləyib

Bayden Ukraynada barışıq üçün Normand formatı səylərini dəstəkləyib ABŞ Prezidenti Cozef Bayden ukraynalı həmkarı Volodimir Zelenski ilə telefon danışığında Normand formatı qrupu üzvlərinin Ukraynanın şərqindəki münaqişənin həlli istiqamətində səylərini dəstəkləyib.
Digər ölkələr
28 Yanvar , 2022 03:25
Bayden Ukraynada barışıq üçün Normand formatı səylərini dəstəkləyib
Cozef Bayden

ABŞ Prezidenti Cozef Bayden ukraynalı həmkarı Volodimir Zelenski ilə telefon danışığında Normand formatı qrupu üzvlərinin Ukraynanın şərqindəki münaqişənin həlli istiqamətində səylərini dəstəkləyib.

“Report” xəbər verir ki, bu barədə Ağ Evdən bildirilib.

“Prezident Bayden ABŞ-ın münaqişənin (Ukraynada) Normand formatında həlli səylərinə dəstəyini bildirərək, yanvarın 26-da təmislçilər tərəfindən 2020-ci il iyulun 26-da atəşkəs şərtlərinin yenidən təsdiqlənməsinin gərginliyin azaldılmasına və Minsk razılaşmalarının yerinə yetirilməsinin irəliləyişə kömək edəcəyinə ümidini ifadə edib”, - bəyanatda deyilir.

Qeyd edək ki, Ukrayna Prezidenti Vladimir Zelenski ABŞ Prezidenti Cozef Baydenlə telefonla diplomatik gərginliyin azaldılması səyləri və birgə tədbirlər, habelə Ukraynaya maliyyə dəstəyi imkanlarını müzakirə edib.

Son xəbərlər

Orphus sistemi