Bayden Trampın Çinlə bağlı qərarlarına yenidən baxacaq

Bayden Trampın Çinlə bağlı qərarlarına yenidən baxacaq ABŞ-ın yeni rəhbərliyi Donald Trampın bəzi qərarlarına yenidən nəzərdən keçirəcək
Digər ölkələr
20 Mart , 2021 03:34
Bayden Trampın Çinlə bağlı qərarlarına yenidən baxacaq
Co Bayden və Donald Tramp

ABŞ-ın yeni rəhbərliyi əvvəlki prezident Donald Trampın Çin ilə ticari və iqtisadi əlaqələrə dair verdiyi bəzi qərarları yenidən nəzərdən keçirəcək.

“Report”un məlumatına görə, bunu ABŞ-ın dövlət katibi Entoni Blinken deyib.

“İqtisadiyyat, ticarət, texnologiya mövzusunda tərəfdaşlarımıza (Çinli tərəfdaşlar – Red) Konqresin müttəfiqləri və tərəfdaşları ilə sıx məsləhətləşmə aparacağımızı söylədik. Və bu məsələlərdə işçi qüvvəmizin mənafeyini tam qoruyan və təşviq edəcək şəkildə irəliləyəcəyik”-deyə, diplomat bildirib.

Qeyd edək ki, Ankoricdə (Alyaska ştatı) Amerika administrasiyasının dəyişməsindən sonra Çin Xalq Respublikası və ABŞ arasında ilk danışıqlar aparılıb.

Son xəbərlər

Orphus sistemi