Ankoricdə (Alyaska ştatı) Amerika administrasiyasının dəyişməsindən sonra Çin Xalq Respublikası və ABŞ arasında ilk danışıqlar aparılıb. Danışıqlar çətin və səmimi sferada baş tutub. Rəsmi Vaşinqton Pekinlə normal diplomatik kanallarla qarşılıqlı münasibət qurmaqda davam edəcək.
“Report”un məlumatına görə, bunu ABŞ-ı dövlət katibi Entoni Blinken deyib. Onun sözlərinə görə, Çinlə geniş mövzuda çox səmimi danışıqlar aparılıb:
“İran və Koreya Xalq Demokratik Respublikasının nüvə problemlərinin həlli danışıqların mövzularından biri oldu. İran, Şimali Koreya, Əfqanıstan, iqlim mövzusunda maraqlarımız kəsişir”.
“Bir sıra mövzularda çətin, birbaşa danışıqları gözləyirdik və tam olaraq belə oldu. Əlbəttdə ki, İran, Əfqanıstan kimi mövzularda Çinlə normal diplomatik kanallarla işimizi davam etdirəcəyik”- ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan isə jurnalistlərə açıqlamasında bildirib.