Bayden: “Tramp Putindən qorxur”

Bayden: “Tramp Putindən qorxur” ABŞ-da demokratların dövlət başçısı postuna namizədi Co Bayden hazırkı prezident Donald Trampın Rusiya ilə “Taliban” arasında sövdələşmə mövzusunu müzakirə etməməsinin səbəbini açıqlayıb.
Digər ölkələr
1 Noyabr , 2020 06:41
Bayden: “Tramp Putindən qorxur”
Co Bayden

ABŞ-da demokratların dövlət başçısı postuna namizədi Co Bayden hazırkı prezident Donald Trampın Rusiya ilə “Taliban” arasında sövdələşmə mövzusunu müzakirə etməməsinin səbəbini açıqlayıb.

Bu barədə “Report” “CNN”ə istinadən xəbər verir.

Siyasətçinin fikrincə, Amerika lideri Rusiya prezidenti Vladimir Putindən qorxur.

Bayden, 31 oktyabrda Miçiqanda keçirdiyi nümayişdə yenidən Əfqanıstandakı Amerika hərbçilərinə qarşı Moskva ilə “Taliban”ın əlbir olması ilə bağlı irəli sürülən iddiaları xatırlayıb:

“Əfqanıstanda xidmət edən amerikalı əsgərlərin öldürülməsi üçün mükafat verilir və Tramp ona (Vladimir Putin – Red) qarşı çıxmaqdan çox qorxur. Onunla altı dəfə danışıb və heç bu barədə məsələni qaldırmayıb”.

Son xəbərlər

Orphus sistemi