ABŞ prezidenti Cozef Bayden ən yüksək hökumət postuna yenidən seçilməmək qərarını Respublikaçı Donald Trampın seçkilərdə qalib gəlməsinə mane olmaq istəyi ilə izah edib.
“Report” xəbər verir ki, bu barədə Bayden “CBS” telekanalına müsahibəsində deyib.
“Prezident kimi xidmət etmək şərəfli olsa da, mən hiss etdim ki, ölkə qarşısında bacardığım ən vacib şeyi etməyə borcluyam. Bu, Trampı məğlub etməkdir. İlk namizədliyimi irəli sürəndə özümü keçid dövrünün prezidenti hesab edirdim. Yaşımın neçə olduğunu belə deyə bilmirəm, bunu demək mənim üçün çətindir”, - deyə 81 yaşlı Bayden bildirib.