Bayden onu araşdıracaq qətnaməni saxta hücum adlandırıb

Bayden onu araşdıracaq qətnaməni saxta hücum adlandırıb ABŞ Prezidenti Cozef Bayden Nümayəndələr Palatasında ona qarşı təhqiqatın davam etdirilməsi barədə qərar qəbul edən respublikaçıları “real problemləri” həll etmək istəməməkdə ittiham edib.
Digər ölkələr
14 Dekabr , 2023 05:01
Bayden onu araşdıracaq qətnaməni saxta hücum adlandırıb

ABŞ Prezidenti Cozef Bayden Nümayəndələr Palatasında ona qarşı təhqiqatın davam etdirilməsi barədə qərar qəbul edən respublikaçıları “real problemləri” həll etmək istəməməkdə ittiham edib.

Bu barədə “Report” “İnterfaks”a istinadən xəbər verir.

"Mən hər gün oyanaraq, diqqətimi Amerika xalqının üzləşdiyi problemlərə cəmləyirəm. Onların həyatına, ölkəmizin və dünyanın gücünə, təhlükəsizliyinə təsir edən real məsələlərə. Təəssüf ki, Nümayəndələr Palatasının respublikaçıları mənə qoşulmurlar", - Baydenin Ağ Ev tərəfindən açıqlanan bəyanatında deyilir.

“Amerikalıların həyatını yaxşılaşdırmaq üçün hər şeyi etmək əvəzinə, onlar mənə yalanlarla hücum etməyə yönəliblər”, - dövlət başçısı qeyd edib.

ABŞ lideri vurğulayıb ki, Respublikaçılar Partiyasının üzvləri Ukrayna, İsrailə yardım və cənub sərhədindəki vəziyyət kimi aktual məsələləri həll etmək əvəzinə, “əsassız siyasi oyuna vaxt itirməyə üstünlük verirlər.

"Amerika xalqı daha yaxşısına layiqdir. Mən nəyə diqqət yetirəcəyimi bilirəm. Konqresdəki Respublikaçıları da mənə qoşulmağa dəvət edərdim", - Bayden fikirlərini yekunlaşdırıb.

Qeyd edək ki, Konqresin Nümayəndələr Palatasının üzvləri impiçment prosesi çərçivəsində Prezident Cozef Baydenlə bağlı təhqiqatın davam etdirilməsi barədə qətnaməni dəstəkləyib. Qətnaməni 221 konqresmen dəstəkləyib, 212-si isə sənədin əleyhinə səs verib.

Son xəbərlər

Orphus sistemi