ABŞ Prezidenti Cozef Bayden və İsrailin Baş naziri Binyamin Netanyahu telefon danışığında Qəzza zolağında dərhal atəşkəsin mümkünlüyünü müzakirə ediblər.
“Report” xəbər verir ki, bu barədə Ağ Evin iki ölkə liderinin danışıqlarının yekunlarına dair yazılı bəyanatında deyilir.
"Prezident bu ayın əvvəlində İranın raket və pilotsuz təyyarələrlə hücumundan uğurla qorunduqdan sonra İsrailin təhlükəsizliyinə sarsılmaz sadiqliyini təsdiqlədi. Onlar həmçinin Qəzzada girovların azad edilməsi və dərhal atəşkəslə bağlı cari danışıqları müzakirə ediblər", - sənəddə qeyd olunur.
Prezident və Baş nazir Qəzzaya humanitar yardım tədarükünün həcmini, o cümlədən bu həftə başlayacaq yeni şimal keçidlərinin açılışına hazırlığı da müzakirə etdilər", - Ağ Ev əlavə edib.
"Prezident vurğulayıb ki, bu tərəqqi humanitar təşkilatlarla tam koordinasiyada saxlanılmalı və artırılmalıdır. Liderlər Rafahdakı vəziyyəti müzakirə ediblər və Prezident aydın mövqeyini təsdiqlədi", - sənəddə vurğulanır.