Bayden G7-nin Ukrayna ilə bağlı sammitində iştirak etmək üçün Brüsselə gedəcək

Bayden G7-nin Ukrayna ilə bağlı sammitində iştirak etmək üçün Brüsselə gedəcək ABŞ Prezidenti Cozef Bayden gələn həftə Ukrayna ətrafında vəziyyətlə bağlı Brüsseldə keçiriləcək G7 sammitində iştirak edəcək.
Digər ölkələr
19 Mart , 2022 07:50
Bayden G7-nin Ukrayna ilə bağlı sammitində iştirak etmək üçün Brüsselə gedəcək
Cozef Bayden

ABŞ Prezidenti Cozef Bayden gələn həftə Ukrayna ətrafında vəziyyətlə bağlı G7-nin ("Böyük Yeddilik") Brüsseldə keçiriləcək sammitində iştirak edəcək.

“Report” xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Cen Psaki jurnalistlər üçün keçirdiyi brifinqdə bildirib.

"Bildiyiniz kimi, o, cümə axşamı Belçikanın paytaxtı Brüsselə gedəcək və orada dolğun gün keçirəcək", - Psaki deyib.

O, Baydenin NATO-nun fövqəladə sammitində və Aİ sammitində də iştirak edəcəyini xatırladıb. Həmin gün ABŞ Prezidenti Ukraynadakı vəziyyəti ABŞ-ın müttəfiqləri və tərəfdaşları ilə əlavə müzakirə etmək üçün G7-nin Almaniya tərəfindən çağırılan toplantısında iştirak edəcək.

Cen Psaki əlavə edib ki, G7 sammitinin iştirakçıları Rusiyanın Ukraynaya qarşı müharibəsinə cavab hazırlayırlar.

Son xəbərlər

Orphus sistemi