Bayden Fransa, Almaniya və Britaniya liderləri ilə Rusiyadakı vəziyyəti müzakirə edib

Bayden Fransa, Almaniya və Britaniya liderləri ilə Rusiyadakı vəziyyəti müzakirə edib ABŞ Prezidenti Cozef Bayden Fransa, Almaniya və Böyük Britaniya liderləri ilə Rusiyadakı vəziyyəti müzakirə edib.
Digər ölkələr
24 İyun , 2023 20:28
Bayden Fransa, Almaniya və Britaniya liderləri ilə Rusiyadakı vəziyyəti müzakirə edib

ABŞ Prezidenti Cozef Bayden Fransa, Almaniya və Böyük Britaniya liderləri ilə Rusiyadakı vəziyyəti müzakirə edib.

"Report" xəbər verir ki, bu barədə Ağ Evin məlumatında deyilir.

Xatırladaq ki, “Vaqner” Xüsusi Hərbi Şirkətinin başçısı Yevgeni Priqojin Rusiya hərbçilərinin “Vaqner” muzdlu hərbi təşkilatının arxa düşərgələrinə raket zərbələri endirdiyini, bir çox döyüşçünün öldüyünü açıqlayıb: "Bu vəhşiliyə necə cavab verəcəyimizə qərar verəcəyik. Növbəti addım bizimdir".

Bundan sonra Rusiya Federal Təhlükəsizlik Xidməti Yevgeni Priqojinə qarşı silahlı üsyana təhrik faktı üzrə cinayət işi açıb. Rusiya Federasiyasının Baş Prokurorluğu bildirib ki, Priqojinin əməllərinə lazımi hüquqi qiymət veriləcək. Müdafiə Nazirliyi isə “Vaqner”in arxa düşərgələrinə zərbə endirilməsi ilə bağlı iddiaları yalan məlumat adlandırıb. Nazirlik eyni zamanda “Vaqner” döyüşçülərinə müraciət edib, silahı yerə qoymağa çağırıb.

Rusiya Prezidenti Vladimir Putin xalqa müraciətində mövcud hadisələri xəyanət kimi qiymətləndirib. O deyib ki, bütün zəruri tədbirlər görüləcək.

Son xəbərlər

Orphus sistemi