Bayden Avropa liderləri ilə Ukrayna böhranını müzakirə edəcək
Digər ölkələr
- 24 yanvar, 2022
- 17:11
ABŞ Prezidenti Cozef Bayden bu gün Avropa liderlərinə videozəng edəcək, danışıqlarda Ukrayna ilə bağlı davam edən böhranı müzakirə edəcək.
“Report” xəbər verir ki, bu barədə Ağ Evin dövlət başçısının açıqladığı iş qrafikində bildirilir.
Məlumata görə, Vaşinqton vaxtı ilə saat 15:00-da (Bakı vaxtı ilə saat 00.00) Ağ Evin sahibi Rusiyanın Ukrayna sərhədlərinə yaxın hərbi birləşmələrinin yerləşdirilməsi mövzusunda məsləhətləşmələr çərçivəsində Avropa ölkələrinin liderlərinə video zəng edəcək.
Danışıqlarda Avropa Komissiyasının sədri Ursula fon der Lyayen, Avropa Şurasının sədri Şarl Mişel, NATO-nun baş katibi Yens Stoltenberq, həmçinin Fransa, Almaniya, İtaliya, Polşa və Böyük Britaniya liderlərinin iştirakı gözlənilir.
Son xəbərlər
11:30
Dneprə dron hücumu edilib, iki nəfər ölüb
Digər ölkələr11:15
Video
Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlanıb
Hərbi11:02
Azərbaycan idmançılarının reytinq cədvəli açıqlanıb
Fərdi11:00
Ağsuda ağır yol qəzası baş verib, dörd nəfər xəsarət alıb
Hadisə10:55
Biləsuvar heyvan bazarında yenidən satışa başlanılıb
ASK10:50
Gürcüstanda Dövlət Təhlükəsizlik Akademiyası yaradılıb
Region10:46
İranda 5,2 maqnitudalı zəlzələ olub
Region10:27
"Çelsi"dən ayrılan mütəxəssis sabiq klubuna qayıda bilər
Futbol10:23