Bayden çiplərin ixracına məhdudiyyətlərlə bağlı tədbirlər paketini elan edəcək

Bayden çiplərin ixracına məhdudiyyətlərlə bağlı tədbirlər paketini elan edəcək ABŞ Prezidenti Cozef Baydenin administrasiyası süni intellektin inkişafı üçün çiplərin ixracına əlavə məhdudiyyətlər hazırlayır.
Digər ölkələr
9 Yanvar , 2025 16:29
Bayden çiplərin ixracına məhdudiyyətlərlə bağlı tədbirlər paketini elan edəcək

ABŞ Prezidenti Cozef Baydenin administrasiyası süni intellektin inkişafı üçün çiplərin ixracına əlavə məhdudiyyətlər hazırlayır.

“Report” xəbər verir ki, bu barədə “Bloomberg” mənbələrə istinadən məlumat yayıb.

Yeni tədbirlər paketinin cümə günü - Baydenin ABŞ prezidenti postundan getməsinə və Donald Trampın Ağ Evə qayıtmasına bir neçə gün qalmış elan ediləcəyi gözlənilir.

Mənbələrin sözlərinə görə, yeni ixrac məhdudiyyətləri ayrı-ayrılıqda həm ölkələri, həm də şirkətləri əhatə edəcək. Onların məqsədi süni intellektin inkişafını ABŞ-yə dost ölkələrdə cəmləşdirmək, həmçinin dünya şirkətlərinin fəaliyyətində Amerika standartlarını tətbiq etməkdir.

Mənbələr qeyd edir ki, növbəti paket çiplərin ixracına üç səviyyəli məhdudiyyət yaradacaq. ABŞ-nin az sayda müttəfiqi Amerika çiplərinə demək olar ki, məhdudiyyətsiz çıxışı saxlayacaq, onların rəqibləri isə bundan məhrum olacaq.

Son xəbərlər

Orphus sistemi