Yuxarı

Baş nazir: İraqda əcnəbi döyüşçü yoxdur

Heydər əl-İbadi ABŞ-la toxunulmazlığa dair sənədə imza atmadığını deyib

Bakı. 9 dekabr. REPORT.AZ/ "İraqda xarici ölkələrin döyüşçüsü yoxdur". "Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bunu İraqın baş naziri Heydər əl-İbadi Kərbəla şəhərində çıxışı zamanı bildirib. 

O, ABŞ-la İraqda işləyən vətəndaşlarının toxunulmazlığına dair heç bir sənədi imzalamadığını da deyib: "Mövcud vəziyyət əvvəllər verilmiş diplomatik toxunulmazlıqdır. Havadan mühafizəni və qarşılıqlı məsləhətləşmələr aparılmasını biz istəmişik. İraqlı hərbçilərin təlim və təhsil alması üçün 5 hərbi düşərgə hazırlamışıq". 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi