Baş katib: "Rusiya HHM sistemlərini NATO-nun sərhəd boyu ərazilərində yerləşdirir"

Baş katib: "Rusiya HHM sistemlərini NATO-nun sərhəd boyu ərazilərində yerləşdirir" Yens Stoltenberq: "Suriya və Aralıq dənizinin şərq hissəsində, Krımda, Baltik ölkələri yaxınlığında, Kalininqradda oxşar hadisəni müşahidə edirik"
Digər ölkələr
1 Dekabr , 2015 18:15
Baş katib: Rusiya HHM sistemlərini NATO-nun sərhəd boyu ərazilərində yerləşdirir

Bakı. 1 dekabr. REPORT.AZ/ "Rusiya müasir Hava Hücumundan Müdafiə (HHM) sistemlərini NATO-ya üzv dövlətlərin sərhədi boyu ərazilərinə yaxın yerlərdə yerləşdirir".

"Report" TASS-a istinadən xəbər veri ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq deyib.

Baş katib qeyd edib ki, bundan başqa, Suriya və Aralıq dənizinin şərq hissəsində, Krımda, Baltik ölkələrinin yaxınlığında, Kalininqradda oxşar hadisəni müşahidə edirlər. Onun sözlərinə görə, NATO alyansa üzv olan şərq ölkələri ərazisində mövcudluğunu artırır.

O bildirib ki, NATO-ya üzv dövlətlərin xarici işlər nazirləri Brüssel görüşündə Avropada hərbi fəallığın şəffaflığının artırılması mexanizmini, gərginlik riskinin və ya Rusiya ilə münasibətdə olayların azalması məsələlərini müzakirə edəcək.

Qeyd edək ki, Brüsseldə NATO-nun baş qərargahında alyansa üzv dövlətlərin xarici işlər nazirlərinin toplantısı keçirilir. İclas sabah da davam edəcək.

Son xəbərlər

Orphus sistemi