Bakı. 1 dekabr. REPORT.AZ/ NATO hələ də xeyli sayda Rusiya qoşunlarının Ukrayna ilə sərhəddə olmasını və Rusiya Federasiyasının (RF) bütün Avropada hərbi fəallığının artırılmasını müşahidə edir. “Report” “İTAR-TASS”a istinadən xəbər verir ki, bu barədə NATO-nun baş katibi Yens Stoltenberq Alyansın XİN rəhbərlərinin dekabr ayının 2-3-də Brüsseldə keçiriləcək görüşündən əvvəl keçirilən mətbuat konfransında jurnalistlərə bildirib.
"Biz Ukrayna və onun ətrafında hərbi gücün artırılmasını, separatçılara Rusiyanın müasir silahının ötürülməsini və hərbi heyətin sayının artırıldığını müşahidə edirik ", - baş katib bildirib.