Barselonada qatarın qəzaya uğraması nəticəsində xəsarət alanların sayı 40-a çatıb - YENİLƏNİB
- 20 noyabr, 2018
- 08:10
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 20 noyabr. REPORT.AZ/ Barselona yaxınlığında dəmir yol qəzası nəticəsində xəsarət alanların sayı 40 nəfərədək artıb.
"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə İspaniya Fövqəladə Hallar Xidmətindən bildirilib.
***11:35
Barselona yaxınlığında sərnişin qatarı relsdən çıxıb.
"Report" TASS-a istinadən xəbər verir ki, hadisə nəticəsində 1 nəfər ölüb, 5 nəfər yaralanıb.
"El Nacional" qəzetinin Katalonya hökumətinə istinadən verdiyi məlumata görə, hadisə yerinə 8 təcili tibbi yardım maşını və 14 xilasetmə qrupu gəlib.
Kataloniya Regional Mülki Müdafiə İdarəsi "Twitter" səhifəsində qatarın relsdən çıxmasının torpaq sürüşməsi ilə bağlı olduğunu bildirib.
Primeres imatges del descarrilament d'un tren de Rodalies a Vacarisses que ha provocat un mort i cinc ferits https://t.co/AaQ0p2IN6A pic.twitter.com/bHKmoj9Hm9
— 324.cat (@324cat) November 20, 2018