Barak Obama "Zika" virusu ilə mübarizəyə həsr olunmuş görüş keçirib

Barak Obama "Zika" virusu ilə mübarizəyə həsr olunmuş görüş keçirib "Zika" virusunun ABŞ-da yayılmasına qarşı tədbirlər planı müzakirə olunub
Digər ölkələr
27 Yanvar , 2016 07:12
Barak Obama Zika virusu ilə mübarizəyə həsr olunmuş görüş keçirib

Bakı. 27 yanvar. REPORT.AZ/ ABŞ prezidenti Barak Obama səhiyyə sisteminin nümayəndələri ilə "Zika" virusu ilə mübarizə mövzusuna həsr olunmuş görüş keçirib.

"Report"un "TASS" agentliyinə istinadən verdiyi xəbərə görə, ABŞ-ın səhiyyə naziri Silviya Metyuzun da iştirak etdiyi görüşdə "Zika" virusunun ABŞ-da yayılmasına qarşı tədbirlər planı müzakirə olunub.

Ağ Evin başçısı "Zika" virusuna qarşı vaksinin hazırlanması prosesinin sürətləndirilməsinə dair tapşırıq verib. 

Qeyd edək ki, Virciniya ştatında təhlükəli virusa ilk yoluxma faktı qeydə alınıb.

"Zika" virusu Braziliyadan yayılmağa başlayıb. Bu günə kimi dörd minə yaxın körpə "mikrosefaliya" və ya qeyri-adi kiçik başla doğulub.

Son xəbərlər

Orphus sistemi