Barak Obama Səudiyyə kralı ilə neft bazarında vəziyyəti müzakirə edib

Barak Obama Səudiyyə kralı ilə neft bazarında vəziyyəti müzakirə edib "Görüş əsnasında neftin qiyməti mövzusuna toxunulmayıb"
Digər ölkələr
28 Yanvar , 2015 00:30
Barak Obama Səudiyyə kralı ilə neft bazarında vəziyyəti müzakirə edib

BAKI. 28 yanvar. REPORT.AZ/ ABŞ Prezidenti Barak Obama Səudiyyə Ərəbistanına səfəri çərçivəsində kral Salman bin Əbdüləziz ilə görüşüb.

"Report" Reuters agentliyinə istinadla xəbər verir ki, tərəflər Yəməndəki böhranlı vəziyyəti, terrorizmlə mübarizə və neft bazarındakı prosesləri müzakirə ediblər.

Neftin hazırki qiyməti mövzusuna toxunulmadığını vurğulayan Ağ Ev rəsmilərinin sözlərinə görə, fikir mübadiləsi ancaq "qara qızıl" bazarında "sabitlik" məsələləri ətrafında aparılıb.

Kral Salman bin Əbdüləziz bildirib ki, Səudiyyə Ərəbistanı bundan sonra da qlobal neft bazarındaki lider dövlət mövqeyini qoruyub saxlamaq niyyətindədir.

Qeyd edək ki, ABŞ-ın keçmiş dövlət katibləri Ceyms Beyker və Kondoliza Rays, eləcə də milli təhlükəsizlik məsələləri üzrə keçmiş müşavirlər Brent Skoukroft və Stiven Hedli də Birləşmiş Ştatların nümayəndə heyətinə daxil edilib.

Son xəbərlər

Orphus sistemi