Barak Obama Benyamin Netanyahu ilə görüşməyəcək

Barak Obama Benyamin Netanyahu ilə görüşməyəcək "Prezidentin seçkilər öncəsi digər ölkələrin liderləri ilə görüşməməsi prinsipial mövqedir"
Digər ölkələr
23 Yanvar , 2015 00:54
Barak Obama Benyamin Netanyahu ilə görüşməyəcək

BAKI. 23 yanvar. REPORT.AZ/ Ağ Ev ABŞ prezidenti Barak Obamanın İsrailin baş naziri Benyamin Netanyahu ilə onun mart ayında Amerikaya səfəri zamanı görüşmək niyyətində olmadığını bildirib.

"Report" Amerikanın Səsinə istinadən xəbər verir ki, Milli Təhlükəsizlik Şurasının sözçüsü deyib ki, prezidentin seçkilər öncəsi digər ölkələrin dövlət başçıları ilə görüşməməsi prinsipial mövqedir.

Netanyahu Amerikaya mart ayının 3-də, İsraildə keçiriləcək seçkilərdən 3 həftə əvvəl gəlməlidir.

ABŞ və digər dünya qüdrətləri İranın nüvə silahı istehsal etməsinin qarşısını almaq üçün Tehranla razılıq əldə etməyə çalışırlar. Netanyahu isə İranın böyük düşmənidir və ABŞ-la İran arasında aparılan danışıqlar zamanı ABŞ-ın İrana çox güzəştə getməsi ilə bağlı narahatlığını dilə gətirib.

İsrail lideri daha öncə iki dəfə Konqresin qarşısında çıxış edib. Lakin Beyner bu dəfə Netahnayunu Obamanın sanskiyaların əleyhinə olduğu üçün onunla üzləşmək məqsədilə dəvət edib.

Obama bildirib ki, Konqres İrana qarşı daha çox sanksiya təsdiq etdiyi halda o, sanksiyalara veto qoyacaq.

Son xəbərlər

Orphus sistemi