Banqkokda zəlzələ nəticəsində ölənlərin sayı 13 nəfərə çatıb
Digər ölkələr
- 29 mart, 2025
- 15:11
Tailandın paytaxtı Banqkokda zəlzələ nəticəsində ölənlərin sayı 13 nəfərə çatıb.
"Report" xəbər verir ki, bu barədə "Tairath" qəzeti hüquq-mühafizə orqanlarına istinadən məlumat yayıb.
Bundan əlavə, 10 nəfər xəsarət alıb, 118 nəfər itkin düşüb.
Qeyd olunub ki, ən çox insan - 8 nəfər - Banqkokun şimalında Baş Auditor İdarəsinin tikintisi davam edən binasının uçması nəticəsində həlak olub. Hazırda orada axtarış-xilasetmə əməliyyatı davam edir.
Qeyd edək ki, martın 28-də Banqkokun bir neçə bölgəsində və ətrafında 7,7 maqnitudalı zəlzələ baş verib. Myanmada baş verən zəlzələdən sonra Tailandda 50-dən çox afterşok qeydə alınıb.
Son xəbərlər
11:57
Qurban İsmayılov: Azərbaycanda yaratdığın obraza görə sabah övladların əziyyət çəkə bilər – MÜSAHİBƏ
İncəsənət11:56
Ermənistanda hərbi xidmətdən yayınanlara cinayət məsuliyyətindən qaçmaq üçün 5 variant təklif olunur
Region11:56
Azərbaycan millisinin futbolçusu Premyer Liqada 100-cü oyununu keçirib
Futbol11:53
Elvin Abbasov: Azərbaycan elmi birbaşa biznesdə tətbiq olunmalıdır
İKT11:52
İRİA: "Mygov Business" layihəsi yaxın aylarda pilot olaraq istifadəyə veriləcək
İKT11:45
Aeroport yolunda məhdudiyyət tətbiq olunacaq
Daxili siyasət11:44
Baş direktor: Süni intellekt sahəsində Azərbaycanın daxili və xarici siyasəti formalaşır
İKT11:43
Bakıda UEFA-nın B kateqoriyalı məşqçi kursları keçiriləcək
Futbol11:42