Balidəki "G20"liyə üzv dövlətlərin sammitində qətnamə qəbul edilib

Balidəki "G20"liyə üzv dövlətlərin sammitində qətnamə qəbul edilib "G20"liyə üzv dövlətlərin İndoneziyanın Bali adasında keçirilən sammitində qətnamə qəbul edilib.
Digər ölkələr
16 Noyabr , 2022 10:40
Balidəki G20liyə üzv dövlətlərin sammitində qətnamə qəbul edilib

"G20"liyə üzv dövlətlərin İndoneziyanın Bali adasında keçirilən sammitində qətnamə qəbul edilib.

"Report" xəbər verir ki, məlumatı "Reuters" yayıb.

Qətnamənin mətni hələ rəsmi açıqlanmayıb və hazırda 50 bənddən ibarət olan sənəd layihəsinə dəyişikliyin edilib-edilməməsi məlum deyil.

Məlumatda qeyd olunub ki, "G20" üzvü olan ölkələrin əksəriyyəti Ukraynadakı müharibəni sərt şəkildə pisləyir. Layihəyə əsasən, onlar Ukraynadakı münaqişənin dünya iqtisadiyyatının mövcud problemlərini kəskinləşdirdiyinə işarə ediblər.

Layihənin başqa bir bəndində müasir dövrün müharibənin erasına çevrilməməsi ilə bağlı məsələ əksini tapıb. Həmçinin sənəddə nüvə silahından istifadə və ya istifadə hədəsinin qəbuledilməzliyi barədə fikir yer alıb.

Sənəd layihəsində taxıl müqaviləsinin əhəmiyyəti də yüksək qiymətləndirilib.

Qeyd edək ki, hazırda İndoneziyanın Bali adasında "G20"liyin Zirvə toplantısı davam edir. Noyabrın 15-də başlayan sammit bu gün başa çatacaq.

Son xəbərlər

Orphus sistemi