Bali hava limanı daha bir gün bağlı qalacaq

Bali hava limanı daha bir gün bağlı qalacaq Bakı. 29 noyabr. REPORT.AZ/ İndoneziyanın Bali adasının rəhbərliyi yerli hava limanının Aqunq vulkanının püskürməsi ilə əlaqədar daha bir gün bağlı qalacağını açıqlayb. 
Digər ölkələr
29 Noyabr , 2017 10:25
Bali hava limanı daha bir gün bağlı qalacaq

Bakı. 29 noyabr. REPORT.AZ/ İndoneziyanın Bali adasının rəhbərliyi yerli hava limanının Aqunq vulkanının püskürməsi ilə əlaqədar daha bir gün bağlı qalacağını açıqlayb. 

Bu barədə "Report" "İnterfaks"a istinadən xəbər verir.

Aeroportdan bildirilib ki, vulkanın kül buludu beynəlxalq hava limanının bilavasitə hava məkanına çatmasa da, o, 7500 metr yüksəklikdə məhz aeroporta tərəf hərəkət edir.

Vulkanın noyabrın 26-da təkrar püskürməsi ilə noyabrın 27-dən etibarən 400-dən çox aviareys təxirə salınıb. Təqribən, 60 min insan adadan çıxa bilmir. Səlahiyyətlilər turistlərə hoteldə qalmalarını tövsiyə edirlər.

Eyni zamanda, Bali vilayətinin administrasiyası bilvasitə vulkan yaxınlığında olan 22 kənddən 100 minə yaxın sakinin təcili evakuasiya edilməsinə qərar verib. Təhlükə zonası kraterdən 10 km radiusda müəyyənləşdirilib.

Son xəbərlər

Orphus sistemi