Yuxarı

​Bağdadda terror aktı nəticəsində ölənlərin sayı 165 nəfərə çatıb - YENİLƏNİB-2

Hadisə nəticəsində 168 nəfər yaralanıb

Bakı. 3 iyul. REPORT.AZ/ Bağdadın mərkəzi Əl-Karrada rayonunda törədilən terror aktı nəticəsində ölənlərin sayı 165 nəfərə çatıb. "Report" xarici mətbuata istinadən xəbər verir ki, hadisə zamanı 168 nəfər xəsarət alıb. 

Qeyd edək ki, terror aktına görə məsuliyyəti İŞİD öz üzərinə götürüb.

***16:34

Bağdadın mərkəzi Əl-Karrada rayonunda törədilən terror aktı nəticəsində ölənlərin sayı 131 nəfərə çatıb.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə bazar günü güc strukturlarındakı mənbələrə istinadən "Əl-Cəzirə" telekanalı məlumat yayıb.

İnformasiya hələ ki, öz rəsmi təsdiqini tapmayıb.

Bundan əvvəl ölənlərin 83 nəfər olduğu, 200-dən çox insanın yaralandığı bildirilirdi.

***11:33

İraqın paytaxtı Bağdadda törədilən partlayışlar nəticəsində ən azı 80 nəfər həyatını itirib.

"Report" xəbər verir ki, bu barədə "Sky News Arabia" peyk telekanalı məlumat yayıb.

Ötən gecə Bağdadın mərkəzində yerləşən Əl-Karrada rayonunda törədilən terror aktı nəticəsində 100-dən çox insan yaralanıb. Minalanmış avtomobil restoranın qarşısında partladılıb.

Hücuma görə məsuliyyəti İŞİD terror qruplaşması öz üzərinə götürüb.

İlkin məlumatlara görə, əvvəlcə minalanmış avtomobil partladılıb, ardınca Bağdadın şərq hissəsində əldəqayırma partlayıcı qurğu işə düşüb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi