Bağdadda partlayış zamanı onlarla insan xəsarət alıb, ölən var - YENİLƏNİB-2 - VİDEO

Bağdadda partlayış zamanı onlarla insan xəsarət alıb, ölən var - YENİLƏNİB-2 - VİDEO Bağdadda silah anbarında baş vermiş partlayış zamanı xəsarət alanların sayı artıb.
Digər ölkələr
13 Avqust , 2019 01:02

Bağdadda silah anbarında baş vermiş partlayış zamanı xəsarət alanların sayı artıb.

"Report" xəbər verir ki, bu barədə "Sky News Arabia" telekanalı məlumat yayıb.

Bildirilir ki, hadisə zamanı 1 nəfər həlak olub, daha 29 nəfər yaralanıb. Partlayış köhnə silah-sursatların utilizasiyası zamanı baş verib.


***23:40

İraqın paytaxtı Bağdadda mərmi partlayışı zamanı 13 nəfər xəsarət alıb.

"Report" "Al-Sumaria" telekanalına istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin nümayəndəsi Seyf əl-Bədr bildirib.

Qeyd edilir ki, hadisə silah-sursat anbarında baş verib. Yaralılardan 7-i "əl-Yarmuk" xəstəxanasına yerləşdirilib. Daha 6 nəfər isə "əl-Mahmudiyyə" xəstəxanasına çatdırılıb. Onların həyatı üçün təhlükənin olmadığı bildirilir. Xəsarət alanlardan bəziləri artıq xəstəxanadan evə buraxılıb.

Qeyd edək ki, hadisə şəhərin cənib hissəsindəki silah-sursat anbarında baş verib.


***20:34

İraqın paytaxtı Bağdadda partlayış olub.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "Sky News Arabia" telekanalı məlumat yayıb.

Məlumata görə, hadisə şəhərin cənib hissəsindəki silah-sursat anbarında baş verib.

Hələlik maddi zərər və insan itkisi barədə məlumat verilmir.

Son xəbərlər

Orphus sistemi