Bağdadda iki partlayış törədilib, 20 nəfər ölüb, 60 nəfər yaralanıb

Bağdadda iki partlayış törədilib, 20 nəfər ölüb, 60 nəfər yaralanıb Partlayış avtomobilə qoyulan bombanın partlaması nəticəsində olub
Digər ölkələr
30 May , 2017 12:41
Bağdadda iki partlayış törədilib, 20 nəfər ölüb, 60 nəfər yaralanıb

Bakı. 30 may. REPORT.AZ/ İraqın paytaxtı Bağdadda törədilən ikinci partlayış nəticəsində 7 nəfər ölüb, 30 nəfər yaralanıb.

“Report” “Al-Jezeera”ya istinadən xəbər verir ki, bu barədə yerli təhlükəsizlik xidməti və şahidlər bildiriblər.

Partlayış avtomobilə qoyulan bombanın partlaması nəticəsində olub.

Qeyd edək ki, digər partlayış Bağdadın mərkəzində dondurma dükanının yaxınlığında törədilmişdi. Həmin hadisə nəticəsində 13 nəfər ölüb, 30 nəfər isə yaralanmışdı. Terrorun məsuliyyətini terrorçu İŞİD qruplaşması üzərinə götürüb.

Son xəbərlər

Orphus sistemi