Yuxarı

Bağdadda iki partlayış nəticəsində 12 nəfər ölüb

Terror zamanı 39 nəfər yaralanıb

Bakı. 24 Aprel. REPORT.AZ/ İraqın paytaxtı Bağdadın şimal hissəsində yerləşən nəzarət-buraxılış məntəqəsində törədilən partlayış nəticəsində ən azı 9 nəfər ölüb.

“Report” “Reuters”ə istinadən xəbər verir ki, daha 3 nəfər Bağdad ətrafında ordu karvanına hücum nəticəsində həlak olub.

Hüquq-mühafizə orqanlarındakı mənbənin məlumatına görə, terrorçular hər iki halda partlayıcı qurğunu avtomobildə işə salıblar. Hücum nəticəsində 39 nəfər yaralanıb, ölənlərin sayı arta bilər.

Heç bir qruplaşma partlayışlara görə məsuliyyəti öz üzərinə götürməyib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi