Yuxarı
    Bağlamaq

    ​Bağdadda iki güclü partlayış baş verib: 11 ölü, 25 yaralı

    Hücum Əl-Bab Əş-Şərqi məhəlləsində həyata keçirilib

    Bakı. 30 yanvar. REPORT.AZ/ İraqın paytaxtı Bağdadda iki güclü partlayış baş verib. Bu barədə "Report" "TASS" agentliyinə istinadən xəbər verir.

    "Əl-Cəzirə" telekanalının məlumatına görə, 11 nəfər ölüb, 25-i yaralanıb.

    Hücum Əl-Bab Əş-Şərqi məhəlləsində həyata keçirilib. Terror aktının həyata keçirilməsində hələlik heç kim məsuliyyəti öz üzərinə götürməyib.

    Xəbər verilir ki, Bağdad ətrafındakı partlayışlar və atışmalar nəticəsində cümə ertəsi günü 20-yə yaxın iraqlı öldürülüb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi