Azərbaycanın iki universiteti "Times Higher Education 2026" reytinqinə daxil olacaq
- 24 sentyabr, 2025
- 10:55
Yeniliklərdən dərhal xəbərdar olun!
"Times Higher Education 2026" reytinqində Azərbaycanın dörd ali təhsil müəssisəsi təmsil olunacaq ki, bu da ötən illə müqayisədə iki dəfə çoxdur.
"Report" xəbər verir ki, bunu "Times Higher Education" təşkilatının qlobal məsələlər üzrə direktoru Fil Beyti Bakıda keçirilən Avrasiya Universitetləri Sammitində bildirib.
Onun sözlərinə görə, 2026-cı il oktyabrın 9-da dərc ediləcək yenilənmiş "Times Higher Education World University Rankings" reytinqində dünyanın aparıcı tədqiqat universitetləri arasında Mərkəzi Asiya və Qafqazın 17 universiteti təmsil olunacaq.
"Reytinqə Azərbaycanın dörd universiteti daxil ediləcək ki, bu da mühüm irəliləyişdir - bu, bir il əvvəlki göstəricidən iki universitet çoxdur", - o qeyd edib.
Qazaxıstan reytinqdə universitetlərinin sayını ikidən beşə, Özbəkistan sıfırdan dördə, Gürcüstan isə üçə çatdırıb.