Şəhər Prokurorluğu Denis Çxitauri və Vyaçeslav Finogenov barəsində istintaqın həbs qətimkan tədbirinin seçilməsi haqqında vəsatətini dəstəkləyib.
İstintaqın ehtimalına görə, noyabrın 28-də D.Çxitauri və V.Finogenov Frunze rayonunun ərazisində yerləşən qarajların yaxınlığında D.Soşnevlə görüş təyin ediblər.
Burada V.Finoqenov kustar üsulla hazırlanmış odlu silahdan iki dəfə atəş açaraq, D.Soşnevi qətlə yetirib. Daha sonra şübhəli şəxslər onun cibindən 150 min rubl, eləcə də BMW markalı avtomobilin sənədlərini götürüblər. Şübhəli şəxslər D.Çxitauri və V.Finogenov dindirilmə zamanı öz təqsirlərini etiraf ediblər.