Yuxarı

Ayətulla Əli Xameneyi: Vaşinqton Tehranın nüvə proqramının təhlükəsinə dair mif yaradıb

İranın ali ruhani rəhbəri Vaşinqtonu kəskin tənqid edib

Bakı. 19 aprel. REPORT.AZ/ İranın ali ruhani rəhbəri Vaşinqtonu Tehranın nüvə proqramının təhlükəsinə dair mif yaratdığını deyərək, ABŞ-ı kəskin tənqid edib.

"Report"un Amerikanın Səsinə istinadən verdiyi xəbərə görə, Ayətulla Əli Xameneyi Amerika generalı Martin Dempsinin İranın nüvə obyektlərinə qarşı hərbi əməliyyatlara keçilməsinə dair fikirlərindən sonra silahlı qüvvələri hazırlığa səsləyib.

ABŞ-ın birgə qərargahlar rəisi, general Dempsi İranın nüvə sulahı istehsal etdiyindən əmin olmaq üçün hərbi varianta əl atılmasını təklif edib.

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif generalın bəyanatına münasibət bildirərək, “keçmiş vərdişlərdən əl çəkməyin çətin” olduğunu deyib.

Hər iki ölkənin diplomatları bir neçə həftə əvvəl İranın nüvə proqramına dair ilkin razılıq əldə edib.

İranın razılaşmanın şərtlərinə əməl etdiyi təsdiq olunsa, Avropa İttifaqı və Birləşmiş Ştatlar İrana qarşı tətbiq etdiyi sanksiyaları ləğv edəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi