Axtarışda olan Azərbaycan vətəndaşı Ukraynada saxlanıldı - FOTO

Axtarışda olan Azərbaycan vətəndaşı Ukraynada saxlanıldı - FOTO Ukraynanın Təhlükəsizlik Xidmətinin Əks-Kəşfiyyatının əməkdaşları Milli Polislə birgə beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşı Maqsud Mahmudovu saxlayıb.
Digər ölkələr
11 Aprel , 2020 02:37
Axtarışda olan Azərbaycan vətəndaşı Ukraynada saxlanıldı - FOTO

Ukraynanın Təhlükəsizlik Xidmətinin Əks-Kəşfiyyatının əməkdaşları Milli Polislə birgə beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşı Maqsud Mahmudovu saxlayıb.

“Report” xəbər verir ki, bu barədə dövlət orqanının mətbuat xidməti məlumat yayıb.

Ukraynanın Təhlükəsizlik Xidməti bildirib ki, saxlanılan şəxs dələduzluq cinayəti ilə əlaqədar beynəlxalq axtarışa verilib.

"Xüsusi xidmət orqanının təhqiqatçıları müəyyən ediblər ki, 51 yaşlı əcnəbi Ukraynada ötən ilin noyabrından gizlənib. Cinayətkar paytaxtda yalnız taksi ilə hərəkət edib və telefon nömrəsini dəyişib. Kişi Ukraynada vətəndaşlığını leqallaşmaq və vətənində cəzadan qaçmaq üçün siyasi qaçqın statusunu almağa çalışırdı", - xəbərdə deyilir.

Asayiş keşikçiləri tərəfindən keçirilən operativ axtarış tədbirləri nəticəsində onun yaşayış yeri müəyyən edilib. M.Mahmudov paytaxtın Qoloseevsk rayonunda kirayə etdiyi mənzildə saxlanılıb.

Son xəbərlər

Orphus sistemi