Meksikada sərnişin avtobusu qəzaya uğrayıb, onlarla yaralı var - FOTO

Meksikada sərnişin avtobusu qəzaya uğrayıb, onlarla yaralı var - FOTO Bakı. 13 yanvar. REPORT.AZ/ Meksikada sərnişin avtobusu qəzaya uğrayıb.
Digər ölkələr
13 Yanvar , 2019 07:29
Meksikada sərnişin avtobusu qəzaya uğrayıb, onlarla yaralı var - FOTO

Bakı. 13 yanvar. REPORT.AZ/ Meksikada sərnişin avtobusu qəzaya uğrayıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "El Universal" məlumat yayıb.

Məlumata görə, hadisə ölkənin şimal-qərbində, Sinaloa ştatının Kulyakan şəhəri ərazisində baş verib. Ekskursiya üçün icarəyə götürülmüş avtobusun aşması nəticəsində 35 nəfər yaralanıb. Onlardan 5-nin vəziyyətinin ağır olduğu bildirilir.

"El Sol de Sinaloa" nəşri isə bildirib ki, hadisə zamanı avtobusda yerli sakinlər və ABŞ turistləri olub. Hüquq-mühafizə orqanları hadisə ilə bağlı araşdırmaya başlayıblar. 

Daha əvvəl Meksikada avtobus yaşayış evinə çırpılıb.

Son xəbərlər

Orphus sistemi