Avstriyanın XİN başçısı müsəlman uşaq bağçalarının bağlanmasını təklif edib

Avstriyanın XİN başçısı müsəlman uşaq bağçalarının bağlanmasını təklif edib "Onlar bizə lazım deyil. Müsəlman uşaq bağçaları olmamalıdır"
Digər ölkələr
22 İyun , 2017 05:19
Avstriyanın XİN başçısı müsəlman uşaq bağçalarının bağlanmasını təklif edib
Courtesy İmage

Bakı. 22 iyun. REPORT.AZ/ Avstriyanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Sebastyan Kurts müsəlman ailələrindən olan uşaqlar üçün bağçaların bağlanmasının lehinə olduğunu bildirib.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu o, "Kurier" nəşri tərəfindən təşkil olunan diskussiya klubu aparıcısının "görəsən o müsəlmanlar üçün uşaq bağçalarının bağlanmasını zəruri hesab edirmi?" sualına cavabında deyib:

"Əlbəttə. Onlar bizə lazım deyil. Müsəlman uşaq bağçaları olmamalıdır".

O, həmçinin qeyd edib ki, belə uşaq müəssisələri həm mədəni, həm də dil baxımından ayrıdır.

Son xəbərlər

Orphus sistemi