Yuxarı

​Avstriyanın kansleri istefa verib

Bu haqda Reuters məlumat yayıb

Bakı. 9 may. REPORT.AZ/ Avstriyanın kansleri Verner Fayman istefa verib.

"Report" xəbər verir ki, bu haqda "Reuters" məlumat yayıb.

V.Fayman federal kansleri və Sosial Demokrat Partiyasının sədrliyi vəzifələrindən istefa verdiyini bildirib. O atdığı addımın səbəbini belə açıqlayıb: "Partiyada dəstəklənmədiyim üçün istefa verirəm".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi