Avstriyada sərnişin qatarı yük vaqonu ilə toqquşub, 16 nəfər xəsarət alıb

Avstriyada sərnişin qatarı yük vaqonu ilə toqquşub, 16 nəfər xəsarət alıb Vaqonların köməkçi yoldan çıxmasının səbəbi araşdırılır
Digər ölkələr
19 Oktyabr , 2016 16:29
Avstriyada sərnişin qatarı yük vaqonu ilə toqquşub, 16 nəfər xəsarət alıb

Bakı. 19 oktyabr. REPORT.AZ/ Avstriyada şəhərətrafı sərnişin qatarının sahibsiz vaqonla toqquşması nəticəsində 16 nəfər xəsarət alıb.

"Report" TASS-a istinadən xəbər verir ki, hadisə Aşağı Avstriya Federal Torpağın Vizelburq şəhərinin vağzalında baş verib.

Məlumata görə, iki yük qatarı öz-özünə köməkçi yoldan çıxaraq Sankt-Pyolten şəhərindən Şaybsa hərəkət edən şəhərətrafı qatara çırpılıb.

Faktla bağlı araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi