Avstriyada növbədənkənar parlament seçkilərinin nəticələri açıqlanıb

Avstriyada növbədənkənar parlament seçkilərinin nəticələri açıqlanıb Mühafizəkar Avstriya Xalq Partiyası seçkilərdə qələbə qazanıb
Digər ölkələr
20 Oktyabr , 2017 04:49
Avstriyada növbədənkənar parlament seçkilərinin nəticələri açıqlanıb

Bakı. 20 oktyabr. REPORT.AZ/ Avstriyada növbədənkənar parlament seçkilərinin nəticələri elan olunub.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, bununla bağlı məlumat ölkənin Daxili İşlər Nazirliyinin saytında yerləşdirilib.

Rəsmi məlumata əsasən, Mühafizəkar Avstriya Xalq Partiyası növbədənkənar seçkilərdə seçicilərin 31,5% səsini toplayaraq, parlament seçkilərində qələbə qazanıb.

Qeyd edilir ki, seçici səslərinə görə, ikinci yerdə qərarlaşan 26,9 faiz vətəndaşın səs verdiyi Avstriya Sosial Demokrat Partiyası (ASDP) olub.

Nəticələrə əsasən, Azadlıq Partiyası 26, "Yeni Avstriya" isə 5,3 faiz seçici səsi toplayıb.

Bundan başqa, "Piter Pilsin Siyahısı" hərəkatı da 4,4 faiz səslə ölkə parlamentinə keçib.

Qeyd edək ki, oktyabrın 15-də Avstriyada növbədənkənar parlament seçkiləri keçirilib. Seçkilərdə 16 partiya iştirak edib.

Son xəbərlər

Orphus sistemi