Avstraliyada yanğınsöndürən təyyarə qəzaya uğrayıb - YENİLƏNİB

Avstraliyada yanğınsöndürən təyyarə qəzaya uğrayıb - YENİLƏNİB Avstraliyada radarlardan itən yanğınsöndürən təyyarənin qəzaya uğradığı məlum olub.
Digər ölkələr
23 Yanvar , 2020 10:47
Avstraliyada yanğınsöndürən təyyarə qəzaya uğrayıb - YENİLƏNİB

Avstraliyada radarlardan itən yanğınsöndürən təyyarənin qəzaya uğradığı məlum olub.

“Report” “Al Jazeera”ya istinadən verir ki, Avstraliyanın Yeni Cənubi Uels ştatında baş verən hadisədə 3 nəfər həlak olub.

***08:29

Avstraliya hakimiyyəti ölkənin cənub-şərqində Yeni Cənubi Uels ştatında meşə yanğınlarının söndürülməsi ilə məşğul olan təyyarə ilə əlaqəni itirib.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə Kənd Yanğınsöndürmə Xidmətinin “Twitter”dəki xəbərində deyilir.

"Yeni Cənubi Uelsin (ştatın-red) Kənd Yanğınsöndürmə Xidməti günorta Yeni Cənubi Uelsin cənub hissəsində təyyarə ilə bağlı ciddi hadisəni araşdırır. Snoui Monaro ərazisində işləyən böyük aviatankerlə əlaqə itib", - yanğınsöndürmə xidməti bildirib.

Son xəbərlər

Orphus sistemi