Bakı. 11 may. REPORT.AZ/ Avstraliyada balıqçı qayığında okeanı keçib Suriya İŞİD terror qruplaşmasına qoşulmağı planlaşdırmaqda şübhəli bilinən 5 nəfər həbs edilib. "Report" BBC-yə istinadən xəbər verir ki, bu barədə yerli polis məlumat verib.
Məlumata görə, həmin şəxslər qayığı Melburndan Kvinslend ştatındakı Kerns şəhərinə avtomobillə gətirib.
Saxlanılanların pasportları onların ölkəni tərk etməsinin qarşısının alınması məqsədilə dərhal "qara siyahı"ya salınıb.
Polis saxlanılanların İndoneziya üzərindən Filippinə getmək, ordan da Suriyaya yollanmaq planlarının olduğunu ehtimal edir.
Qeyd edək ki, Avstraliya hökumətinin məlumatına görə, təxminən 110 ölkə vətəndaşı Yaxın Şərq ölkələrində İŞİD tərəfdən vuruşur.