Avstraliya Əfqanıstandan 1 700 nəfəri təxliyə edib

Avstraliya Əfqanıstandan 1 700 nəfəri təxliyə edib Avstraliya Hərbi Hava Qüvvələrinin təyyarələri vasitəsilə Əfqanıstandan 1 700 nəfər evakuasiya edilib.
Digər ölkələr
24 Avqust , 2021 09:37
Avstraliya Əfqanıstandan 1 700 nəfəri təxliyə edib

Avstraliya Hərbi Hava Qüvvələrinin təyyarələri vasitəsilə Əfqanıstandan 1 700 nəfər evakuasiya edilib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Baş naziri Skot Morrison müsahibə zamanı məlumat verib.

Bildirilib ki, son sutkada 600 nəfər olmaqla, ümumilikdə 1 700 nəfər Əfqanıstandan çıxarılıb.

Avstraliya Müdafiə Nazirliyindən təxliyə edilənlərin ilkin olaraq BƏƏ-yə aparıldığı, bu ölkədəki hərbi bazada yerləşdirildiyi və təxminən 270 nəfərin isə artıq buradan Avstraliyanın Melburn şəhərinə göndərildiyi bildirilib.

Son xəbərlər

Orphus sistemi